Xoş gəlmişsiniz
Ana səhifə | Namaz boyu qəlbin iştirak etməsi | Qeydiyyat | Giriş
Menyu
İSLAM
DINI
Əlavələr
Mahnı dinlə
Saytı qiymətləndirin
Öz seçiminizi edin
Всего ответов: 181
Bismillahir rəhmanir rəhim
Namaz boyu qəlbin iştirak etməsi
1- Namazdakı həyatı tam qəlbimizlə yaşamağa kömək edən amillərdən ən başlıcası, Allahın əzəmətini, cəlalını və Onun hüzurunda durmağı hiss etməkdir. Eyni zamanda öz zəifliyimizi, naqisliyimizi, acizliyimizi və təqsirimizi hiss etmək də vacibdir. Bununla bir yerdə Allahın rəhmət və məğfirətini rica etməliyik. Bu mənalar nə qədər qəlbin dərinliklərinə yerləşərsə, bütün bədən buna tabe olar və əzalarımız tam mütilik içində namazı əda edər. Bu hisslərlə yanaşı biz namazda dediyimiz sözləri və oxuduqlarımızı diqqətlə tələffüz etməliyik, həmçinin imamın oxuduqlarını diqqətlə dinləməliyik, mənalarını dərindən dərk edib, hiss etməliyik. 2- Namaza başlayarkən təkbir gətirməzdən əvvəl namaz qılan bir anlıq xatırlasın ki, Allahu Təala onun bu anda qəlbində olanı, onun sirrini və gizlətdiyini bilir. Elə isə heç olmazsa namaza başlayanda yalandan təkbir gətirməsin. “Allahu Əkbər” Allah hər şeydən böyükdür deyib, fikrində və zehnində başqa şeyləri düşünərək namaza başlayırsa, dediklərini yalandan iddia etmiş olur. Dil tələffüz etsə də, qəlb və zehn bunu təsdiq etmir. 3- Misal üçün desək ki, bir şəxs müdürünün, direktorunun və ya böyük bir adamın hüzuruna girsə, ağlı, fikri, gözü, qulağı və bütün bədəni ilə ona tərəf təvəccüh edər və tam diqqətiylə ona yönələr ki, onun söylədiyi bir sözü keçirməsin və ya etdiyi heç bir hərəkətdən yayınmasın. Bu böyük adamın mükafatını gözləyər və ya onun qəzəbinə səbəb olacaq hər bir şeydən çəkinər. Bu görüşdən çıxandan sonra ondan ətrafında olanlar, yanına girib çıxanlar və ya zalda olan əşyalar haqqında soruşsan, bəlkə də heç bir şey xatırlamaz. Həmçinin başqa bir adam böyük bir şəxsin hüzurunda olsa və ona əhəmiyyət verməsə, diqqətli olmasa, həmin böyük şəxs buna necə qiymət verər? Bəs aləmlərin rəbbi, hər şeyi yaradan və hər şeyin sahibi Allahu Təalanın hüzurunda dayanarkən insanın halı necə olmalıdır?! 4- Namaz qılarkən gözlərimizi, qulaqlarımızı və fikrimizi yayındıran səbəblərdən uzaq olmalıyıq. Bunun üçündə namazımız üçün ən sakit və sadə yeri seçməliyik. Həmin yerdə çox bər-bəzək, naxış və əşyalar olmaması da məsləhət görülür. Buna görə də, divara yaxın namaz qılmaq daha çox bəyənilir ki, namaz qılanın qarşısında onun fikrini yayındıran amillər olmasın. Həmçinin yemək gətirilən zaman və ya süfrədə olan zaman namaz qılmaq bəyənilmir, çünki namaz qılanın fikri yeməkdə ola bilər və namazını tez bitirməyə tələsər. Ayaq yoluna getməyə ehtiyac duyarsa, bunları etdikdən sonra namaz qılınmalıdır, özünü sıxıb saxlayaraq namaz qılmaq bəyənilmir. 5- Namazı tam xüşu ilə qılmağa kömək edən amillərdən biri də namazda oxunan sözlərə diqqət etmək və həmin sözlərin mənasını düşünməkdir. Məsələn, imam oxuyarkən onun tələffüz etdiyi hər bir sözü diqqətlə anlamaq və mənasını dərk etmək lazımdır. Namazda hər təkbir, təsbeh, həmd və duaları hiss edərək tələffüz etmək gərəkdir. 6- Allahu Təala şərabı haram etməzdən əvvəl, şərab içib ağlını itirənlərə namaza yaxın durmağı ona görə qadağan etmişdir ki, onlar namazda oxuduqlarını anlamırdılar. Deməli namaz qılarkən oxunan sözlərin bir-bir mənası dərk edilməlidir. Mənası bilinməsə belə, heç olmasa hər sözü açıq-aydın tələffüz etmək lazımdır. Təəssüf ki, indiki zamanda içməsələr də, namazlarında nə dediklərini bilməyərək namaz qılanlar çoxdur. 7- Namaz qılan dərk etməlidir ki, tam qəlbin dərinliyindən namaz qılarkən, bu şeytana ağır təsir edir və onu yandırır. Şeytan hər cür hiyləyə əl atır ki, onu necə namaz qıldığını hiss etməkdən çəkindirsin. 8- Namaz qılan şəxs axirət həyatına daha böyük əhəmiyyət verməlidir ki, dünya həyatına verdiyi önəm onu namazda çox çaşdırmasın. Çünki insan nəyə daha çox əhəmiyyət verərsə, həmin şey onun fikrini və qəlbini daha çox məşğul edər. Deməli namaz qılarkən sənin fikrin daha çox namazda və ya namaz xarici bir şeydə olarsa, bununla sən nəyə daha çox maraq və əhəmiyyət göstərdiyini anlaya bilərsən. Amma bilin ki, namazı tam dəqiqliyi ilə qılmaq, axirət həyatında bizə xoşbəxtlik bəxş edəcək. Elə isə dünyaya verdiyimiz əhəmiyyətdən bir azca çoxunu axirət həyatımıza verək.
Qeydiyyat
Гость!
Təqvim
«  Aprel 2024  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtar
Saytın dostları
Sayğac
Reytinqe baxma
Bütün Hüquqlar Tağıyev Xəyal Tərəfindən qorunur © 2024
Дать объявление налогу | Дать объявление доцент | Дать объявление президентом | Разместить объявление на новогоднее офрмление витрин | Выберите раздел куда вы хотите разместить объявление | Разместить объявление . газета из руке вруки | Как бесплатно подать объявление г.омск продажа пионина | Срочно подать бесплатное объявление в бернауле | Подать объявление на сайте бесплатно | Шины диски подать объявление | Как разместить свое объявление | Сайт объявлений мир авто продать автомобиль hyundai imandjoli | Где можно разместить объявление | Где разместить объявление о продаже недвижимости в россии | Дать объявление о сдаче офиса | Запчасти для автомобилей дать объявление | Офис аренда дать объявление | Как подать объявление о продаже квартиры | Дать объявление биос | Подать объявление бесплатно животные | Подать объявление о продаже недвижимости спб | Дать объявление по продаже квартиры, участка, дачи | Разместить бесплатные объявления в чебокарах | Недвижимость продаю дать объявление | Дать объявление четырем