Ana Sehife

Cemiyyet nedir?

Insan kimdir?


Semimiyyet

Reftarliq


Haqqinda

Elaqe

 

Səmimiyyət

 cəmiyyət içərisində yaşayan insan oğlunun tərk edə bilməyəcəyi əxlaqi keyfiyyətdir. Cəmiyyətin fərdlərini təşkil edən insanların həqiqi cəmiyyət və camaat halında birləşmələrinin əsas təməli səmimiyyətdir.

Səmimiyyət - insanların davranış, əxlaq və düşüncədə bir olmalarının işarəsidir. Eyni hərəkət və ya eyni bir əməl işləmək deyil, eyni düşüncəyə və eyni hədəfə doğru istiqamət alma səmimiyyətlə həyata keçir.

Təbii ki, səmimiyyət cəmiyyətin kiçik forması olan ailədə təşəkkül tapır. Ailədə şəkillənən səmimiyyət cəmiyyətdə böyüyür, inkişaf edir. Ailə fərdləri arasındakı səmimi bağın möhkəmliyi həmin fərdlərin cəmiyyət içindəki davranışlarına çox güclü təsir edir.

Əxlaqımızın ilk sıralarında yer alan səmimiyyətin formalaşmasında aşağıdakı keyfiyyətlər böyük rol oynayır:

1. I növ keyfiyyət: Hər əməldə məqsəd İlahi razılığın qazanılması olmalıdır.

İnsan oğlu  işlədiyi, gördüyü hər əməldə Cənab-i Haqqın razılığını düşünməli və onu qazanmaq yolunda çalışmalıdır.

2. II növ keyfiyyət: Hər məslək və ixtisasda tərəqqi edən qardaşlarımızı tənqid etməməli, onları hər hansı bir rəqabətə təhrik etməməlidir. Necə ki, insanın bir gözü o biri gözünə, bir əli o biri əlinə və yaxud dili qulağına, ağzı burnuna etiraz etməz, və bir birlərini tənqid etməzlər. Bəlkədə bir birilərinə yardım edər, hətta insanın bir orqanı sıradan çıxarsa, digər orqanların gücü dahada artıb, bədənin inkişafına və müvazinətinin itməməsinə köməklik edərlər. Bir vücud misalı, cəmiyyəti təşkil edən fərdlərdə hərə öz məsləyi və ixtisasında çalışmalı və bir-birilərinə kömək etməlidir. Atalar sözündə deyildiyi kimi: “Tək əldən səs çıxmaz” kəlamını özümüzə deviz edib, hamılıqla səmimi cəmiyyət qurulamlıdır.

3.  III növ keyfiyyət: Bütün qüvvəmizi , gücümüzü ixlas və haqda bilməliyik.

Hər bir fərd məsləyində və peşəsində haqqı və həqiqəti bayraq edərək çalışmalı, ixlaspa nəticəyə doğru irəliləməlidir. Çünki ixlas və haqla cəmiyyətdə səmimiyyətin təməlləri atılacaq və həmin cəmiyyət bir gül bağçası kimi ətrafa qoxu saçacaqdır.