|
M E D E N I Y Y E T |
|
|
|
|||||||||||||
|
|
Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana �ıxmasına gedib �atır. Azərbaycan d�nyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii d�nyag�r�ş�n izləri folklorda və klassik ədəbiyyatda indi də �z�n� b�ruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və b�t�v xarakter daşımır. Ancaq Azərbaycan folklorunqda Azərbaycan mifologiyasının izlərini aşkar etmək m�mk�nd�r. Bunlar daha �ox kosmoqonik və m�vs�mi, eləcə də etnoqonik miflərin m�əyyən detallarını �z�ndə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma d�vr�n�n bədii təfəkk�r məhsulları olan bu mifik �ns�rlərdə kosmosla xaos, yəni d�nya d�zəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, d�nya d�zəninin bu nizamsızlıqdan yaranması və eyni m�nasibətlərin insan cəmiyyətində əks olunması �z�nə yer tapmışdır. Mifik d�nyag�r�ş�ndə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını - ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji d�nyag�r�ş�n�n ayrı-ayrı �ns�rləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və saya�ı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim t�rk mifoloji d�ş�ncəsi aparıcı motiv kimi �ıxış edir. Bunu istər d�nyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də m�vs�mi proseslərlə əlaqədar olan təqvim miflərində g�rmək m�mk�nd�r. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində �ns�rlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət q�vvələrinə baxışı ilə sıx əlaqədardır. S�z, hərəkət və oyun vasitəsilə təbiət q�vvələrinə təsir g�stərmək arzusu ibtidai insanda mifoloi mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında "Kosa-Kosa", "Qodu-Qodu", "Novruz", "Xıdır Nəbi" və b. mərasim nəğmələrini və bunları m�şayiət edən rəqsləri g�stərmək olar.
|
|
||||||||||||
|
||||||||||||||