Qəlbi zülmətdən ibadətlə qurtarmaq olar
Qəlbi əhatə edən pərdələrin aradan getməsindən ötrü nə etmək lazımdır?Bir haldakı, ALLAHA qarşı elm, imam və məhəbbətin yaranması qeyri-mümkündür.Pərdələrin ardan götürməyin çarəsi insanın öz əlindədir.Yuxarıda qetd etdiyimiz hadisədə İmam Sadiq (ə) bunun çarəsini bəyan edir:
Qəlbi bürüyən pərdəni kökündən kəsib atmaq və bu səddi sındırmaqdan ötrü gündüzlər ac və susuz olmaqdan , yəni-“oruc tutmaq”,gecələr isə oyaq qalıb aləmlərin Pərvərdigarına ibadət etməkdən yaxşı silah yoxdur.
Subh tezdən oyanmağın, nəfsin cəhalət səddi və onun pərdələrinin aradan gedməsində ,böyük təsiri vardır.
“Və o bəndələrki səbr edən, doğru olan və ALLAHA itaət edən ,malarından fəqirlərə verən və sübh vaxtı ALLAHDAN bağışlanmaq diləyənlərdir.”
Nəhcül-bəlağənin “Həmmam”xütbəsində Əli (ə) pəhrizkarlar haqqında buyurur: “Gecə vaxtı gündüz etdikləri işlərin haqq-hesabını çəkirlər.Əgər bir işlərində bir nöqsan müşahidə etsələr , o anda təqsirlərinin bağışlanmasından ötrü ALLAH-TALANIN dərgahına nalə edirlər.Gündüz etdikləriişlərin haqq-hesabını hər gecə çəkib,üst-üstə yığılmasına razı olmurlar.”