Xoş gəlmişsiniz
Ana səhifə | Namaz ruhun qidası və nəfsin tərbiyəsidir | Qeydiyyat | Giriş
Menyu
İSLAM
DINI
Əlavələr
Mahnı dinlə
Saytı qiymətləndirin
Öz seçiminizi edin
Всего ответов: 181
Bismillahir rəhmanir rəhim
Namaz ruhun qidası və nəfsin tərbiyəsidir
Namazda insan Allaha sığınır, Ondan köməyini istəyir və doğru yola yönəlməsi üçün Ondan hidayət diləyir. Allahu Təaladır kərəm sahibi və hər şeyin maliki. Namaz qılanın istəyinə görə ona hidayət nurlarını yönəldir, rəhmətini və sükunətini onun üzərinə nazil edir. Tam mütilik və xuşu ilə qılınan namaz Allaha həqiqi ibadət olur və bununla insan tam Allaha əyilməyi bacarır və namazını xalis Allah üçün qılır. Həqiqətdə namaz nəfsi saflaşdıran, əxlaqı gözəlləşdirən, ruhu və mənəviyyatı daim yeniləyən ən gözəl vasitədir. Namaz insanı doğru yolda saxlayan, yaralarına məlhəm, qorxusunu yox edən, zəifliyini unutduran və zalimlərdən uzaq edən bir amildir. Allahu Təala buyurur ki; "Ey iman gətirənlər, səbr və namazla Allaha dayanın. Həqiqətən Allah səbr edənlərlədir." (əl-Bəqərə, 45)Həqiqətən Peyğəmbər də (s.a.s) bir darlığa düşərkən və işləri çətinləşərkən namaza yönələrdi. Çünki xüşu ilə etdiyi rüku və səcdəsində Allaha yaxın olar, yıxılmaz bir dayağa söykəndiyini hiss edər, tam təslim olaraq güvənlik içində olardı. Bəlaya səbr edib, qədərə razı qalmaq insanda Allaha qarşı ümidləri heç bir zaman söndürmür. Dünya həyatı insanın gözlərini örtmüş, maddiyətlər onun marağını yalnız özündə cəmləmiş və insanın mənəviyyatı tamamilə çökmüşdür. Bu zaman namaz nəfsi çirkinliklərdən təmizlər, onu paklaşdırar və maddi həyatın ona verdiyi pis sifətlərdən saflaşdırar. Namaz qılandan sonra insan hiss edir ki, bir az əvvəl Allahu Təalanın hüzurunda idi və bir müddət sonra o biri namazı qılacaq, yenə Allahu Təalanın hüzuruna gələcək. Hər namazda o, Allahu Təaladan onu düzgün yola yönəltməsini istəyir. Beləcə insan namazdan namaza, Allahu Təala ilə ünsiyyətdə olur. Günah iş görmək və ya çirkin əməllərə əl atmaq onun ağlına gəlmir. Bir namazdan sonra günah edib, o biri namaza necə gedə bilər?! İki namazın arasında Allahu Təalanı necə unutmaq olar?! Kim namazı vaxtı vaxtında qılmağa davam edərsə və sidq ürəklə Allaha yönələrsə, istər-istəməz dünya işləri və maddi həyat onu məşğul etməz, fikrini yayındırmaz, axirəti unutdurmaz. Beləcə insan dünya fitnələrinə və mal-dövlətə meyl edən nəfsinə üstün gələ bilir. ((Kişilər (bəzi insanlar) var ki, ticarətləri və alqı-satqıları onları Allahın zikrindən, namazdan və zəkat verməkdən çəkindirməz. Onlar qəlblərin və nəzərlərin çevriləcəyi bir (qiyamət) gündən qorxurlar.)) Namaz insana tərbiyəvi yöndən də təsir göstərir. Namaz qılanda insan təsəvvür edir ki, dünyanın hər bir tərəfində namaz qılanlar birdir və hamı tək Allaha yönəlib, bir qibləyə üz tutub namaz qılır. Həmçinin bir kənddə, qəsəbədə və ya məhəllədə bir məscidə yığılan müsəlmanlar birliyi hiss edirlər. Namazı dəqiq olaraq vaxtında qılmağa və bir namazdan sonra o biri namazı gözləməyə adət etmiş müsəlman, başqa işlərində və vaxtlarında da dəqiq olur. Heç bir şeyin vaxtını itirmir, eləcə də Rəbbi ilə görüşəcəyi vaxtı heç bir dünya əməli ona unutdura bilmir. Bir sırada o biri namaz qılanlarla yan-yana sıx və bir imamın arxasında dayanan müsəlman, nizam intizamı öyrənir. İmamın arxasında imama uyaraq və onu keçməmək şərtilə namazı axıra qədər qılanda, müsəlman əmrə tabe olmağı və heç bir zaman əmirin əmrindən çıxmamağı adət edir. Həmçinin fikir versək, eyni sırada namaz qılanlardan yoxsul və zəngin, böyük və kiçik, nazir və məmuru da olur. Onlar hamısı fərq qoyulmadan yan-yana eyni sırada durub namaz qılırlar. Bununla müsəlmanlar birliyi dərk edir və ayrı seçkiliyə nifrət edirlər. Ən sonunda isə xatırlatmaq olar ki, namaz qılmağın sağlamlıq baxımından həddindən çox faydası vardır. Namaz qılarkən hərəkətlərin bədənə olan xeyri haqqında kitablar və məqalələr yazılıb. Bəlkə də bədən üçün ən gözəl idman növüdür.
Qeydiyyat
Гость!
Təqvim
«  Noyabr 2024  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtar
Saytın dostları
Sayğac
Reytinqe baxma
Bütün Hüquqlar Tağıyev Xəyal Tərəfindən qorunur © 2024
Дать объявление налогу | Дать объявление доцент | Дать объявление президентом | Разместить объявление на новогоднее офрмление витрин | Выберите раздел куда вы хотите разместить объявление | Разместить объявление . газета из руке вруки | Как бесплатно подать объявление г.омск продажа пионина | Срочно подать бесплатное объявление в бернауле | Подать объявление на сайте бесплатно | Шины диски подать объявление | Как разместить свое объявление | Сайт объявлений мир авто продать автомобиль hyundai imandjoli | Где можно разместить объявление | Где разместить объявление о продаже недвижимости в россии | Дать объявление о сдаче офиса | Запчасти для автомобилей дать объявление | Офис аренда дать объявление | Как подать объявление о продаже квартиры | Дать объявление биос | Подать объявление бесплатно животные | Подать объявление о продаже недвижимости спб | Дать объявление по продаже квартиры, участка, дачи | Разместить бесплатные объявления в чебокарах | Недвижимость продаю дать объявление | Дать объявление четырем